Başsız ev - yetim olar.

= Lit. Withot a master the house is an orphan. = Без хозяина - дом сирота. (Без толкового хозяина дом ветшает, хозяйство приходит в упадок.)
başsağlığı vermək
başsız qoymaq
OBASTAN VİKİ
Başsız
Başsız (Eçmiədzin)
Yetim
Yetim — Atası-anası, yaxud atası və ya anası ölmüş şəxs.
Başsız (Bostanabad)
Başsız (fars. باش سيز‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 545 nəfər yaşayır (92 ailə).
Başsız (Eçmiədzin)
Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Toponim == Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qeyd olunur. Əsli Baş Sis. 1590-cı ilə aid mənbədə Başsız, 1727-ci ilə aid mənbədə isə kəndin adı Baş Sis kimidir. Sis-Kiçik Asiyanın cənubunda Kiligiya əyalətində şəhər və mahal adıdır. Cis və Masis orta əsrlərdə Türkiyənin cənubunda Qaraman əyalətində iki qalanın adı olmuşdur. Mənbələrdə ilk dəfə XVI əsrdən məlumdur. Kənd Sisdən gəlmiş türklərin məskunlaşması nəticəsində yaranmışdır. XVII əsrə aid erməni mənbəyinə görə Sis həm də Kozan adlanmışdır.
Yetim Emin
Yetim Emin əsl adı Muhamməd-Əmin (1840, Yalsuq[d] – 1880, Yalsuq[d]) — ləzgi şair. Əsərlərini doğma Ləzgi dili ilə yanaşı, Azərbaycan və ərəb dilində yazırdı.. Y.Emin 1838-ci ildə Dağıstanın Kürə xanlığının Tsiling kəndində anadan olub. Şairin atası savadlı adam idi. İlk dəfə yazıb-oxumağı atasından öyrənən şair, sonradan Kean aulunda Xoca İsmayıl əfəndinin mədrəsəsində təhsil alır. Təhsilini Əlqədar kənd mədrəsəsində bitirir. O, burada təkcə Qurana yiyələnmir, həm də şərq dillərini öyrənir. Eminin ömrünün böyük hissəsi atasının qazılıq etdiyi Yalsuğ kəndində keçib. Atasının ölümündən sonra Emin atasının yerində işləməyə başlayır. Yetim Eminin yaradıcılığı çoxşaxəlidir.
Yetim Eyvaz
Yetim Eyvaz (tam adı Eyvaz Qurbanov; 26 fevral 1952, Qalaaltı, Siyəzən rayonu – 23 iyul 2017, Qalaaltı, Siyəzən rayonu) — Azərbaycanlı şair. Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Şabran rayonunda anadan olmuşdur. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib. 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996–2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da "Yaz yağışı" şeiri ilə populyarlıq qazanıb. Şeir yazmağa 15 yaşında başlamışdır. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı, Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi.
Yetim Seyid
Yetim Seyid - XX əsr aşıqlarındandır. 1895-ci ildə Tovuzun Ocaqlı kəndində anadan olub. 10-12 yaşlarından çobanlıq etməyə başlayıb. Çobanlıq etdiyi dövrlərdə həm də aşıq kimi tanınıb. Gəraylı və qoşma şəklində söylədiyi şeirləri məlumdur. BAYRAMIDI Bahar fəsli yaz ayları gələndə, Sanarsan bülbülün gül bayramıdı. İki sevgi bir araya gələndə, Dodaq busə içər, dil bayramıdı. Bülbül təki daldan-dala qonanda, Şirin canım eşq oduna yananda, Bir saatım yardan ayrı qalanda, Elə bilginən ki, il bayramıdı. Yetim Seyid bu dastanı deyəndə, Sallanıban nazlı yarı gələndə, Gözüm görüb, əlim ələ dəyəndə, Könül müjdə verir, el bayramıdı. ŞİRİNDİ Bir gözəl görmüşəm əsrik əlində, Tər, nazik əllərdə saqi şirindi, Camalın bənzətdim şəmsü-qəmərə, Baxdıqca qaşların tağı şirindi.
Yetim evi
Ev
Ev (ing. Home ) — istirahət və yaşamaq yeri. Ev bir şəxs və ya ailənin yaşaması üçündür. Ümumiyyətlə evdə hamam, mətbəx, yataq otağı, vanna otağı, oturma otağı və s. mövcud ola bilər. İndiki zamanda evlər üçün torpaq azlığı problemi mövcud olduğundan, mənzillər və binalar çoxmərtəbəli inşa edilir. Yaxın Şərq ölkələrində, habelə Cənubi Qafqaz və Orta Asiyada Eneolit və Erkən Tunc dövrləri üçün səciyyəvi olan yaşayış binaları. Azərbaycanda Kültəpə, Şomutəpə, Töyrətəpə və s. qədim yaşayış yerlərində aşkar edilmişdir. Daşdan və çiy kərpicdən tikilirdi.
Başsız Ucan (Bostanabad)
Başsız Ucan (fars. باشسيزاوجان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 466 nəfər yaşayır (81 ailə).
Başsız atlı (roman)
Başsız atlı — Mayn Rid tərəfindən 1865-ci ildə yazılmış roman. Vəhşi Qərb mövzusunda yazılmış romanda gənc qızı sevən iki gəncin mübarizəsi ilə yanaşı, ABŞ həyatının müstəmləkəçilik siyasəti, qul alverinin dəhşətləri, Amerika hindularının həyatı təsvir edilir. == Yazıçı haqqında == Mayn Rid Tomas 1818-ci ildə Britaniyada anadan olmuşdur. O, keçən əsrin ingilis romançılarındandır (Thomas Mayne Reid). Rid 20 yaşında ikən ABŞ-yə getmiş, Amerika-Meksika müharibəsində (1846–1848) iştirak etmişdir. Onun bir çox əsərləri Amerika həyatından bəhs edir. Müharibənin iştirakçısı kimi şəxsən müşahidə etdiyi bir çox hadisələr və insanlar sonralar yazdığı əsərlərində, xüsusən də "Azad atıcılar", "Ağ rəhbər", "Kbarteron qız", "Feminolların başçısı Otseolla", "Başsız atlı", "Öldürücü atəş" romanlarında öz bədii inikasını tapmışdır. Mayn Rid insan qəlbinin dərinliklərinə enməyi surətlər, arasındakı münasibətləri konkret həyat hadisələri əsasında təsvir etməyi bacaran xarakterlər ustasıdır. Əsərlərində müəllif ABŞ-nin müstəmləkəçilik siyasətini, qul alverinin dəhşətlərini, amerika hindularının həyatını təsvir etmişdir. Humanist ruhlu macəra romanlarında hinduların ağ müstəmləkəçilərə qarşı istiqlaliyyət mübarizəsini təsvir etmişdir.
Yetim Gürcü heykəli
Yetim Gürcü heykəli — Kür çayının sağ sahilində, Tbilisinin tarixi rayonu Qədim şəhərdə yerləşir. Yetim Gürcü (Efim Gürcü, orijinal adı Arutyün Qriqoryeviç Aqacanov; 1875—1940) — Gürcüstan xalqının müğənnisi və şairi, aşıq. 1985-ci ildə əsası qoyulmuşdur, heykəltaraş isə Dmitriy Mikatadzedir, memar — Şota Kavlaşvili. Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015. 174 с.
Qara yetim (teleserial, 2013)
Qara Yetim (ing. Orphan Black) — ssenarist Qrim Anson və rejissor Con Fauket tərəfindən yaradılmış elmi fantastika trilleri teleserialıdır. Baş rolda Tatyana Maslani çəkilib və o eyni adamın fərqli klonlarını oynayıb. Serial Sara Manninqin bir gün öz klonu Elizabet Çildsin ilə rastlaşdıqdan sonra Elizabetin intihar etməsindən sonrakı hadisələr ətrafında cərəyan edir. Həmçinin insanların klonlaşdırılmasıvə bunun şəxsiyyət dəyişiminə səbəb olması serialın əsas mövzularındandır. Serial Temple Street Productions-ın disterbutorluğu ilə BBC America və Bell Media’s Space-in birgə əməkdaşlığı ilə hazırlanıb. Serialın premyerası Kanadada 30 mart 2013-cü ildə Space kanalında, Birləşmiş Ştatlarda isə eyni tarixdə BBC America kanalında baş tutdu. 7 may 2015-ci ildə 10 serialı 4 mövsüm sifariş edildi və 14 aprel 2016-cı ildə yayımlandı. Həmin ilin 16 iyun tarixində serial 5-ci və sonuncu 10 serialı mövsüm üçün yeniləndi və 10 iyun 2017-ci ildə yayımlanacağı bildirildi. Serial ticarət sənəti ilə məşğul olan Sara Manninqin birgün metroda öz Doppelqanqeri olan Bet Çildsin intiharına şahid olması ilə başlayır.
Ev atı
Ev atı, əhli at (lat. Equus ferus caballus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin atlar cinsinin vəhşi at növündən heyvan. Bədən quruluşu Eşşək və Çöl eşşəyinə çox yaxındır. İngiltərənin Exeter Universitetinin arxeoloqları Qazaxıstanın şimalında dünyanın ən qədim at ferması sayıla bilən qəsəbə aşkar ediblər. Qədim Botay mədəniyyəti ilə əlaqələndirilən həmin qəsəbədə at sümükləri və madyan südü izləri daşıyan qab-qacaq tapılıb ki, bu da alimləri belə düşünməyə vadar edir ki, insanlar atı indiyədək hesab olunandan daha qədim dövrlərdə əhliləşdirməyə başlayıb. Belə ki, alimlərə görə, Qazaxıstanda tunc dövründən də qabaq - bizim eradan 3500 il əvvəl insanlar at sürüblərmiş. Müqayisə üçün qeyd edək ki, Avropada atın 1500 il bundan əvvəl əhliləşdirilməyə başlanıb. Atlar bəşəriyyət tarixində nəqliyyat vasitəsi kimi, kənd təsərrüfatında, eləcə də müharibələr zamanı mühüm rol oynayıb. Arxeoloqlar atların əhilləşdirilməsi prosesinin qədim Orta Asiyadan başlandığını çoxdan güman edirdilər, lakin indiyə qədər onların buna dair kifayət qədər dəlilləri yox idi. Min illiklər boyu öz dövünün ən sürətli və ən rahat minik nəqliyyatı vasitəsi at olmuşdur.
Ev donuzu
Ev donuzu (lat. Sus scrofa domestica) — donuzlar fəsiləsindən olan ev heyvanı. Donuzkimilər fəsiləsindən olan ev donuzları orta böyüklükdə, çevik bir bədən quruluşuna sahib məməlilərdir. Bədənləri çox seyrək, fırça kimi sərt və qısa olan tüklərlə örtülüdür. Rəngləri qırmızımsı qəhvəyi ilə boz və ya qara olaraq dəyişir. Uzunluqları 50–190 sm (3–45 sm quyruq) və ağırlıqları 6–350 kq arası dəyişir. Donuzlar hər ayaqlarında daimi 4 barmaqları vardır. 2-ci və 3-cü barmaqlar digərlərindən daha böyük olur və bütün ağırlığı daşıyırlar. Daha kiçik olan 1-ci və 4-cü barmaqlar yerə toxunmur. Donuzlar təbii şəkildə Avrasiyanın cənubunu və bütün Afrikada yaşayırlar.
Ev dovşanı
Adadovşanı (lat. Cuniculus) — məməlilər cinsindən və dovşanlar fəsiləsindən olan ev heyvanı. Adadovşanı dovşanlardan aydın şəkildə fərqlənirlər — onlar kor doğulurlar, kürk örtüyündən məhrum olurlar və yuvada böyüyürlər. Dovşanlar isə əksinə açıqgözlü doğulurlar və xəz örtükləri olur. Amerikan dovşanı istisna olmaqla bütün ev dovşanları yeraltı yuvalarda yaşayırlar. Yerüstü yerlərdə yaşadıqda isə, çox zaman dərin və mürəkkəb yerlər seçirlər. Ev dovşanları adətən qruplardan kənarda yaşamır. Adadovşanı ümumiyyətlə digər dovşanlardan daha böyükdür, qulaqları daha uzundur və onların kürklərində qara nöqtələr var. Həmçinin digər dovşanlar hələ də tam əhliləşdirilməmişdir — onlar tez-digər vəhşi heyvanlar kimi çıxış edirlər. Adadovşanlarının böyük, oval bədənləri var.
Ev heyvanları
Əhliləşdirilmiş heyvan — insan tərəfindən əhliləşdirilən və ona evində və ya təsərrüfatında xeyir verən heyvanlar.
Ev iti
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Ev iyesi
Ev iyəsi — türk xalq mədəniyyətində evin qoruyucu ruhu. Üy (Uy, Oy, Öy) iyəsi olaraq da tanınır. Moğollar Gər (Ker) Ezen deyərlər. Hər ev üçün fərqli bir iye vardır. Bəzən bir ilan olaraq betimlenir. Evdə görülən ilanın bərəkət gətirəcəyinə inanılır. Onu öldürmədən çölə çıxarmaq lazımdır. Beləcə o da heç kimə zərər verməmiş olar. Əks halda evin bərəkəti qaçır. Qısa boylu bir kişi şəklindədir.
Ev iyəsi
Ev iyəsi — türk xalq mədəniyyətində evin qoruyucu ruhu. Üy (Uy, Oy, Öy) iyəsi olaraq da tanınır. Moğollar Gər (Ker) Ezen deyərlər. Hər ev üçün fərqli bir iye vardır. Bəzən bir ilan olaraq betimlenir. Evdə görülən ilanın bərəkət gətirəcəyinə inanılır. Onu öldürmədən çölə çıxarmaq lazımdır. Beləcə o da heç kimə zərər verməmiş olar. Əks halda evin bərəkəti qaçır. Qısa boylu bir kişi şəklindədir.
Ev keçisi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Ev nandinası
Ev nandinası (lat. Nandina domestica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin nandina cinsinə aid bitki növü. Cinsin yeganə təmsilçisidir. Təbiətdə növün arealı Çin və Yaponiyanı əhatə edir. Şimali Amerikada mədəni şəraitdə becərilir. Hündürlüyü 5-6 m-ə çatan, silindrik, zərif çətirli və düz dayanan, az budaqlanan yan zoğlu həmişəyaşıl ağac və ya koldur. Zoğların qabığı açıq qonur-bənövşəyi, sonradan boz-qonur, uzununa şırımlıdır. Kök sistemi uzun deyil. Tumurcuqların uzunluğu 1 sm, biz, yanlardan yapışıqlı, yaşılımtıl-qonur və ya qırmızımtıl pulcuqlu, paralel damarcıqlıdır. Yarpaqların uzunluğu 30-40 sm olub, budaqların yuxarı hissəsində yığılmışdır, ümumi görünüşü üçkünc, mürəkkəb, cüt olmayan-lələkvaridir.
Ev pişiyi
Pişik (lat. Felis silvestris catus) — yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid çöl pişiyi növünün yarımnövü. Pişiklərin 230 sümüyü var. Evlərdə bəslənə bilən, kiçik, məməli, ovçu və ətyeyən heyvanlardandır. Zaman-zaman bitki mənşəli qida istehlak edə bilər. Ev pişiyi, çöl pişiyi növlərinə xas fizioloji xüsusiyyətlərin bir çoxuna malikdir. Ortalama ağırlığı 2.7 – 4.5 kq arasında dəyişməklə birlikdə, soyu qarışıq olanlar arasında 12.5 kq-ma çatanlar nadir deyil. Ortalama bədən uzunluğu erkəklərdə 70, dişilərdə 50 sm-dir. Ev pişiklərinin böyük hissəsi qısa tüklü, Ankara və İran pişikləri isə uzun tüklüdür; ayrıca, bir İngilis soyu olan rex pişiyinin tükləri isə buruqdur. Pişiklər ümumiyyətlə qara, sarı, boz və ağ rəngli, ya da bu rənglərin bir neçəsi ilə alacalıdır.
Ev quşarmudu
Ev quşarmudu (lat. Sorbus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Mərkəzi və Cənubi Avropa, Şimal-qərbi Afrika və Kiçik Asiyada bitir. Hündürlüyü 15-20 m (bəzən 30 m-dək), yavaş böyüyən, gövdəsinin diametri 1 m-dək, enli, yumru çətirli ağacdır. Budaqları əvəlcə boz keçəli, sonra çılpaq, qırmızı-qonurdur. Cavan ağacların qabığı qonur və hamar, qocalarda çatlayan və soyulandır. Yarpaqların uzunluğu 15-25 sm, növbəli, lələkvari, yuxarı tərəfi tutqun yaşıl, bir az keçəli-tükcüklü, payızda sarı və ya sarı-narıncıdır. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərin diametri 13-18 mm, 5 ağ ləçəkli və 20 ədəd açıq sarı-ağ erkəkciklidir. Meyvələrin uzunluğu 2-3 sm, yaşıl-qonur rəngli, parlaq qırmızıdır.
Ev siçanı
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.